“Yaralılardan birinin vəziyyəti ağırdır. Qurbanlar arasında dörd yaşlı qız uşağı da var. Təəssüf ki, 41 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb”, - vilayət rəhbəri daha sonra bildirib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti rusların atəşə tutması nəticəsində irimiqyaslı yanğınların baş verdiyini, 1 nəfərin öldüyünü, ikisi uşaq olmaqla 13 nəfərin isə yaralandığı faktını təsdqiləyib.
Yanğın sahəsi 350 kv.m olan 3 yaşayış binasını, dayanacaqdakı 2 yük maşınını və 600 kv.m sahədə xidmət stansiyasını əhatə edib.
Наслідки атаки нічної атаки РФ на Запоріжжя 16 вересня.
— Українська правда ✌️ (@ukrpravda_news) September 16, 2025
Відео: ДСНС pic.twitter.com/6IwRQWYFgg
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


